Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avtomobilin yük yerində qaz balonu partladı, 2 yaralı - Video - Yenilənib
 
						Avtomobilin yük yerində qaz balonu partladı, 2 yaralı 
							 - Video - Yenilənib
Əlavə olunub: 05.26.2025 | 09:45 | Baxılıb: 1583
Yevlaxda minik maşınının yanması nəticəsində 2 nəfər xəsarət alıb.

“omrum.az” xəbər verir ki, hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib.

Belə ki, “Mitsubishi” markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub.

Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb, maşın isə yararsız vəziyyətə düşüb. Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda avtomobildə partlayış zamanı xəsarət alanların kimliyi məlum olub.

Xəsarət alan şəxslər “Mitsubishi” markalı avtomobilin sürücüsü Raquf Əvəz oğlu Əliyev və sərnişin Akif Şiraslan oğlu Əsədovdur.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, dünən saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

1968-ci il təvəllüdlü şəxsə hər iki yuxarı ətrafının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Üzün hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozları təyin edilən 1962-ci il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Ziya Əmirxanlı


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.