Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Avtoş”luq edən şəxs həbs olundu - Video
 
						“Avtoş”luq edən şəxs həbs olundu 
							 - Video
Əlavə olunub: 05.14.2025 | 16:10 | Baxılıb: 2838
Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

“omrum.az” xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.