Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Avtoşluq” etdiyi videosunu yaydı, 15 sutkalıq həbs olundu
 
						“Avtoşluq” etdiyi videosunu yaydı, 15 sutkalıq həbs olundu
Əlavə olunub: 06.10.2025 | 11:20 | Baxılıb: 1236
Magistral yolda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

“omrum.az” xəbər verir ki, Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının keçirdiyi tədbirlərlə “VAZ 2107” markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.