Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Avtoş”luq etdiyi yollarda 1 il maşın sürə bilməyəcək - Video
 
						“Avtoş”luq etdiyi yollarda 1 il maşın sürə bilməyəcək 
							 - Video
Əlavə olunub: 04.10.2025 | 13:58 | Baxılıb: 1723
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.

“omrum.az” DİN-in Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, yol polislərinin keçirdiyi tədbir zamanı “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb.

O, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.