Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Axtarışı aparılan şəxs bulvarda intihar edibmiş
 
						Axtarışı aparılan şəxs bulvarda intihar edibmiş
Əlavə olunub: 02.27.2025 | 12:19 | Baxılıb: 2953
Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub. 

“omrum.az"in əldə etdiyi məlumata görə, fevralın 21-dən axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.

Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.

Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.