Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildi
 
						Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildi
Əlavə olunub: 05.07.2025 | 14:42 | Baxılıb: 5134
Qobustan rayonunda xırda xuliqanlıq əməlində təqsirləndirilən şəxs həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə rayonun Xilmilli kəndində baş verib.

Belə ki, bu ilin 24 aprel tarixində alimentin ödənilməsinə dair məhkəmə qərarının təmin edilməsi ilə bağlı icra məmurunun qanuni tələbinə qəsdən tabe olmayan 1978-ci il təvəllüdlü Səfər Cəfərov (şərti ad-soyad) məhkəmənin qərarı ilə 10 sutkalıq həbs olunub.

Çoban kimi fəaliyyət göstərən şəxs mayın 4-də azadlığa buraxılıb. Lakin o, evə gəldikdən sonra mayın 1-də həyat yoldaşının keçmiş ərinin evinə açar götürmək üçün adam göndərdiyini öyrənib və bundan əsəbiləşib. Spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşən şəxs yüksək səslə söyüşlər söyməyə, səs-küy salmağa başlayıb. O, dövlət qurumlarından birinin qaynar xəttinə zəng edərək anlaşılmayan fikirlər bildirib.

Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra S.Cəfərov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Qobustan Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə saxlanılan şəxs sərxoş halda olduğu üçün nə etdiyini xatırlamadığını deyərək üzrxahlıq edib.

Məhkəmənin 5 may tarixli qərarı ilə 47 yaşlı kişi yenidən 10 sutkalıq həbs olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.