
“omrum.az” xəbər verir ki, Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.