Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.11.2025 | 14:27 | Baxılıb: 2573
Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

“omrum.az” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüş Monteneqro və Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Montenerolu Baş hakim Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR-da isə serbiyalı Momçilo Markoviç ilə Aleksandar Jivkoviç olacaqlar.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.