Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan konsulu irad bildirdi - Rusiya vətəndaşı saxlanıldı
 
						Azərbaycan konsulu irad bildirdi 
							 - Rusiya vətəndaşı saxlanıldı
Əlavə olunub: 05.22.2025 | 09:39 | Baxılıb: 3328
Rusiyanın Sankt-Peterburq şəhərində küçələrdən birində uca səslə nalayiq ifadələr səsləndirən şəxs saxlanılıb.

“omrum.az” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Petroqrad Rayon Məhkəməsi sözügedən şəxsin iki sutka müddətinə həbs edilməsinə qərar verib.

Məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs Bolşaya Zelenina küçəsində uca səslə nalayiq ifadələr səsləndirib.

Qeyd olunub ki, həmin vaxt ərazidə olan Azərbaycanın konsulu Rəhim Rəhimzadə o şəxsə iradını bildirsə də, vətəndaş buna məhəl qoymayıb. 

Nəticədə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Adı açıqlanmayan şəxs əməlini etiraf edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.