“omrum.az” xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxıb və çövkən tarixində yeni bir səhifə açıb.
Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə - Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.
Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.