Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 14:03 | Baxılıb: 1454
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“omrum.az” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.

“Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”, - paylaşımda bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.