Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 22:57 | Baxılıb: 6004
Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

“omrum.az” xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Mert Çelik də var. 

Vaxtilə “Neftçi” və “Səbail”də çıxış etmiş mərkəz müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. 

O, hazırda Türkiyə birinci liqa təmsilçisi “Sivasspor”un heyətində çıxış edir.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.