Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycana səfərləri başa çatdı - Yenilənib
 
						Azərbaycana səfərləri başa çatdı 
							 - Yenilənib
Əlavə olunub: 07.04.2025 | 16:52 | Baxılıb: 2500
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri bu gün başa çatıb.

“omrum.az” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də Azərbaycana səfəri bu gün başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan prezidentini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

***

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri iyulun 4-də başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Emoməli Rəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

***

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iyulun 4-də başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.

***

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri iyulun 4-də başa çatıb.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.