Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalında
 
						Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalında
Əlavə olunub: 07.02.2025 | 11:12 | Baxılıb: 481
Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.

“omrum.az” xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.

Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçumuz 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma iyulun 3-də olacaq.

Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.