Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 13:44 | Baxılıb: 516
“3+3” formatına olduqca böyük önəm veririk. Bu təkcə Azərbaycanla Ermənistanı düşündürəcək deyil, bu eyni zamanda, bütün regiona sülh və sabitlik gətirəcək formatdır”.

“omrum.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, burada məqsəd həmkarlıq, siyasi danışıqlar və bölgə ölkələri arasında müzakirələrin aparılmasıdır.

İranlı nazir həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əlaqələr hazırda olduqca yaxşı vəziyyətdədir: “Biz buna görə çox sevinirik” .

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.