Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanlı hakim AÇ-nin yarımfinal matçına təyinat aldı
 
						Azərbaycanlı hakim AÇ-nin yarımfinal matçına təyinat aldı
Əlavə olunub: 06.24.2025 | 09:42 | Baxılıb: 978
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

“omrum.az” xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. 

Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.

İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.