“omrum.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır.