Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azyaşlıya ağır işgəncələr verən anası saxlanıldı
 
						Azyaşlıya ağır işgəncələr verən anası saxlanıldı
Əlavə olunub: 03.05.2025 | 12:37 | Baxılıb: 3159
Bakıda azyaşlı övladına ağır işgəncələr verən qadına cinayət işi açılıb.

DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli “omrum.az”ya bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

“Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, - deyə, o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.