Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana - Hökm oxundu
 
						Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana 
							 - Hökm oxundu
Əlavə olunub: 05.07.2025 | 12:51 | Baxılıb: 9738
Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“omrum.az” xəbər verir ki, məhkəmə ilahiyyatçını Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə ifadə verən Hacı Salman azyaşlıya qarşı heç bir pis niyyətinin olmadığını, ona qarşı seksual zorakılıq etmədiyini deyib və buna dair ekspertiza rəyi olduğunu bildirib. Lakin məhkəmədə onun ibtidai istintaqa verdiyi etirafedici ifadə elan edilib.

Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Hacı Salman Kamiloğluna 3 il 9 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.