
“omrum.az” xəbər verir ki, kanal rəhbərliyi çərşənbə axşamı yayımlanan seriyaların reytinqlərində müşahidə olunan azalma səbəbilə serialın efir vaxtını yenidən müəyyənləşdirib.
Məlumata görə, “Bahar” 7 dekabrdan etibarən bazar axşamları tamaşaçı qarşısına çıxacaq.
Serialın yerini çərşənbə axşamları yeni layihə - “Rüya Gibi” tutacaq. Seda Bakan, Uğur Günəş, Ahsen Eroğlu, Emre Bey, Celil Nalçakan, Şebnem Bozoklu və Devrim Yakut kimi tanınmış aktyorların rol aldığı yeni serial 2 dekabr tarixindən etibarən efirə start verəcək.
Beləliklə, “Bahar” 7 dekabrdan etibarən bazar axşamları, “Rüya Gibi” isə 2 dekabrdan çərşənbə axşamları yayımlanacaq.