Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakı sakini Zaqatalada dəm qazından öldü
 
						Bakı sakini Zaqatalada dəm qazından öldü
Əlavə olunub: 03.24.2025 | 11:28 | Baxılıb: 1995
Bakı sakini Zaqatalada dəm qazından boğularaq ölüb.

“omrum.az"in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, 34 yaşlı Sənan Məmmədovun meyiti evin hamam otağında aşkarlanıb.

Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. 

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.