Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı
 
						Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı
Əlavə olunub: 05.26.2025 | 11:22 | Baxılıb: 5759
Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.

“omrum.az"in məlumatına görə, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi 24 “B”də yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta-ağırdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.