Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı - Yenilənib
 
						Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı 
							 - Yenilənib
Əlavə olunub: 07.03.2025 | 10:54 | Baxılıb: 17334
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.

“omrum.az” xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.

2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı KTM-in mətbuat katibi Ruzbeh Məmməd sorğumuza cavab olaraq bildirib ki, 2008-ci il təvəllüdlü qadın bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

“Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətindədir, süni ventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.