Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda 69 yaşlı Alzheimer xəstəsi itkin düşüb - Yenilənib-Foto
 
						Bakıda 69 yaşlı Alzheimer xəstəsi itkin düşüb 
							 - Yenilənib-Foto
Əlavə olunub: 02.26.2025 | 13:58 | Baxılıb: 2052
Bakıda yaşlı qadın itkin düşüb.

“omrum.az” xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbə sakini 69 yaşlı Səriyyə Əkbərova fevralın 25-i günorta saatlarında yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Yaxınları onun üzərində evdən çıxarkən qara libas, qəhvəyi gödəkçə və qara ayaqqabı olduğunu bildiriblər.

Onlar Alzheimer xəstəliyindən əziyyət çəkən qadının taleyindən narahat olduqlarını və bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət etdiklərini əlavə ediblər.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.