Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda ana, ata və oğul qidadan zəhərləndi - Yenilənib
 
						Bakıda ana, ata və oğul qidadan zəhərləndi 
							 - Yenilənib
Əlavə olunub: 04.07.2025 | 13:28 | Baxılıb: 1765
Bakıda bir ailənin 3 üzvü qidadan zəhərlənib.

“omrum.az” xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.

Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.