Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava
 
						Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava
Əlavə olunub: 03.04.2025 | 21:48 | Baxılıb: 2740
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava düşüb.

“omrum.az” xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, hadisə “Xətai” metrosu yaxınlığında baş verib.

Məlumata görə, mübahisə sərnişinin 30 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusa orta qapıdan minməsi ilə başlayıb. Bu zaman sürücü sərnişindən ön qapıdan minməsini tələb edib. Sərnişin isə düşüb ön qapıya gələn zaman sürücü qapını bağlayaraq avtobusu hərəkət etdirib.

Sərnişin bundan qıcıqlanaraq avtobusun arxasınca qaçıb və sürücünü növbəti dayanacaqda yaxalayıb. Bu zaman tərəflər arasında qarşılıqlı söyüşlər olub. 

Bütün bunlar avtobusdakı sərnişinlərin gözü qarşısında baş verib. Bu azmış kimi mübahisənin iştirakçısı olan naməlum sərnişin əlindəki çantadan bıçaq çıxarıb. Mübahisə iştirakçılarının əlbəyaxa davası digərlərinin qorxması ilə nəticələnib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.