Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda binada yanğın - Sakinlər təxliyə edildi - Video
 
						Bakıda binada yanğın 
							 - Sakinlər təxliyə edildi - Video
Əlavə olunub: 03.21.2025 | 04:59 | Baxılıb: 5356
Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verib.

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ondoqquzmərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.