Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda “BMW” ağır qəza törətdi - Ər-arvad öldü
 
						Bakıda “BMW” ağır qəza törətdi 
							 - Ər-arvad öldü
Əlavə olunub: 02.20.2025 | 09:36 | Baxılıb: 4050
Dünən saat 20 radələrində paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, Lökbatan və Xocasən qəsəbələrini birləşdirən yolda “BMW 523” markalı, 90-UC-335 dövlət qeydiyyat nişanlı minik avtomobili “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə avtomobili idarə edən 1983-cü il təvəllüdlü Şövqi Kərimov və sərnişini, həyat yoldaşı 1981-ci ildə anadan olmuş Aytac Kərimova hadisə yerində ölüb. Onların övladı Nurlan Kərimov isə ağır xəsarətlər alıb.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə ilə bağlı cinayət işi açılıb və müvafiq ekspertizalar təyin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.