Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən ər saxlanıldı - Yenilənib
 
						Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən ər saxlanıldı 
							 - Yenilənib
Əlavə olunub: 04.05.2025 | 14:38 | Baxılıb: 5746
Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

“omrum.az” xəbər verir ki, bu haqda “Gununsesi.info” məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Bayramova Zəhra Ramiz qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

Məsələ ilə bağlı TƏBİB-dən soruğumuza cavab olaraq bildirilib ki, 04.04.2025-ci il tarixində saat 17:10 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Qulağın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.