Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək - Video
 
						Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək 
							 - Video
Əlavə olunub: 07.04.2025 | 11:26 | Baxılıb: 409
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı əsasında iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək. 

“omrum.az” xəbər verir ki, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək. 

Reqlamentə əsasən açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.