“omrum.az"in əldə etdiyi məlumata görə, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.
Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.
***
Səbail rayon sakini 1982-ci il təvəllüdlü S.Səmədov da fevralın 26-da spirtli içkidən zəhərlənərək ölüb.
Ölüm faktları ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxslərin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.