Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video
 
						Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu 
							 - Video
Əlavə olunub: 03.14.2025 | 17:05 | Baxılıb: 6277
Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.

“omrum.az” xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.

Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.

Araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.