Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda külək ağacı avtobusun üzərinə aşırdı - Video+Yenilənib
 
						Bakıda külək ağacı avtobusun üzərinə aşırdı 
							 - Video+Yenilənib
Əlavə olunub: 07.06.2025 | 14:12 | Baxılıb: 2862
Bakıda ağac avtobusun üzərinə aşıb.

“omrum.az” Oxu.Az-a istinadən xəbər verir ki, “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisənin bu gün saat 12 radələrində baş verdiyini bildirib.

“3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb.

Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.

Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib”, - o qeyd edib.

***

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, məsələ dərhal aradan qaldırılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.