Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü
 
						Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü
Əlavə olunub: 02.21.2025 | 09:47 | Baxılıb: 3041
Bakıda marşrut avtobusu ağır qəza törədib.

“omrum.az” xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev “Daewoo” markalı 76 saylı xətt marşrut avtobusu ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində piyadanı vurub.

Nəticədə yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Xibabayev Zahid Qədim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.