Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda maşından 124 min oğurlayan şəxs kameralara belə düşüb - Video
 
						Bakıda maşından 124 min oğurlayan şəxs kameralara belə düşüb 
							 - Video
Əlavə olunub: 02.28.2025 | 18:00 | Baxılıb: 5012
Bakıda biznesmenə məxsus avtomobildən 124 min manat pulun oğurlanması hadisəsi ilə bağlı görüntülər yayılıb.

“omrum.az” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin yaydığı görüntülərdə iş adamı A.Quliyevə məxsus avtomobilin yük yerindən külli miqdarda pul oğurlayan şəxsin necə uzaqlaşması əks olunub.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Qeyd edək ki, hadisə fevralın 26-da baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.