Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda maşından və evin qarşısından avtomat tapıldı
 
						Bakıda maşından və evin qarşısından avtomat tapıldı
Əlavə olunub: 06.02.2025 | 14:18 | Baxılıb: 1395
Paytaxt sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.

“omrum.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılaraq aşkarlanıb.

Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.

Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.

Hər bir fakt üzrə araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.