Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - Yenilənib - Fotolar
 
						Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı 
							 - Yenilənib - Fotolar
Əlavə olunub: 07.02.2025 | 18:30 | Baxılıb: 4526
İyulun 2-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

“omrum.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.











Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.