Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2025 | 17:03 | Baxılıb: 10204
Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

“omrum.az” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

O, yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.