“omrum.az” DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtda soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 işıqfor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib.
Bildirilib ki, paytaxt yollarında işıqforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsilə, həm də yerində baxış keçirilir.