Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda spirt qəbul edən 15 nəfər ölüb - Rəsmi
 
						Bakıda spirt qəbul edən 15 nəfər ölüb 
							 - Rəsmi
Əlavə olunub: 02.24.2025 | 12:09 | Baxılıb: 11816
Bakıda daha bir şəxs spirt qəbulundan sonra vəfat edib.

“omrum.az"in əldə etdiyi məlumata görə, dünən Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb.

Onun spirtdən zəhərlənərək öldüyü müəyyənləşib.

Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib.

Xatırladaq ki, fevralın 22-də həmin məclisdə iştirak edən daha 4 nəfərin də meyiti tapılmışdı. Onların texniki spirt qəbul etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib. 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.