Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 17:10 | Baxılıb: 735
Dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

“omrum.az” xəbər verir ki, tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmilərinin iştirakı nəzərdə tutulub.

Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.