Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda yolu qardan bu üsulla təmizlədi - Video
 
						Bakıda yolu qardan bu üsulla təmizlədi 
							 - Video
Əlavə olunub: 02.24.2025 | 10:20 | Baxılıb: 5662
Bakıda qarın yağması ən çox nəqliyyat sahəsində problemlər yaradıb.

“omrum.az” xəbər verir ki, yolların buz bağlaması nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirib. Bu səbəbdən çoxsaylı qəzalar baş verib.

Sakinlərin yolları qardan təmizləmək, eləcə də sürüşən avtomobillərin zədələnməməsi məqsədilə istifadə etdikləri üsullar sosial şəbəkələrdə maraqla izlənir və rəğbət qazanır. Bu kimi işlərdən birini də paytaxtda evakuator fəaliyyəti göstərən şəxs edib. Belə ki, sürücü evakuasiya nəqliyyat vasitəsinin yükqaldırıcısını yola sürtərək arxa-arxaya hərəkət edib və bu vasitə ilə hərəkət hissəsindəki buzlu təbəqəni təmizləyib.

Həmin hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Videonu təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.