Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıdakı partlayış qaz sızmasından baş veribmiş
 
						Bakıdakı partlayış qaz sızmasından baş veribmiş
Əlavə olunub: 03.03.2025 | 09:09 | Baxılıb: 1841
Xəbər verdiyimiz kimi, Bakıda evdə partlayış olub.

“omrum.az"in məlumatına görə, hadisə martın 2-də saat 04:15 radələrində Binə qəsəbəsi Xəqani küçəsində Cəmaləddin Qasımova məxsus həyət evində qeydə alınıb.

Mənzilin mətbəxində baş verən qaz sızması nəticəsində yaranan partlayışdan evin bir hissəsi yanıb.

Nəticədə C.Qasımov və ailə üzvləri xəsarət alıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.