Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi - Video
 
						Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi 
							 - Video
Əlavə olunub: 03.20.2025 | 12:05 | Baxılıb: 5115
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.

“omrum.az” xəbər verir ki, bu barədə BŞBPİ-nin DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

Bildirilib ki, idarə əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fərid Məmmədovun sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılıb və o, 2 ay inzibati qaydada həbs edilib.

Onunla birgə yol hərəkəti qaydalarını pozan digər sürücünün də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.