Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakının mərkəzində motosiklet piyadaları belə vurdu - Video
 
						Bakının mərkəzində motosiklet piyadaları belə vurdu 
							 - Video
Əlavə olunub: 05.20.2025 | 12:50 | Baxılıb: 6384
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda piyada keçidlərinin üzərində törədilmiş bəzi yol-nəqliyyat hadisələrinin görüntülərini yayıb.

“omrum.az” quruma istinadən xəbər verir ki, hadisələrdən biri ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qeydə alınıb. Qaydalara əməl edib piyada keçidindən keçən iki şəxs motosiklet sürücüsü tərəfindən vurulub.

Digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda piyadalar hələ də təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.

NİİM nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirmələrinin, keçidlərə yaxınlaşarkən sürətin azaldılmasının, axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.