Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 08:45 | Baxılıb: 2457
Moskvada keçirilən film premyerasında türkiyəli aktrisa Hande Erçel azyaşlı pərəstişkarına kobud davrandığı üçün cangüdənini sərt şəkildə dayandırması ilə gündəmə gəlib.

“omrum.az” xəbər verir ki, “İki Dünya, Bir Arzu” filminin premyerası üçün Moskvada olan Erçelin həssas reaksiyası sosial mediada böyük rəğbət toplayıb.

Tədbir zamanı Erçel təhlükəsizlik işçiləri ilə birlikdə zala daxil olarkən kiçik bir qızın ona yaxınlaşmaq istədiyini görüb. Cangüdənlərdən birinin uşağa qarşı aqressiv hərəkət etdiyini müşahidə edən aktrisa dərhal müdaxilə edərək “Hey, hey, dayan!” deyə reaksiya verib və mühafizəçini dayandırıb.

Daha sonra Hande Erçel balaca pərəstişkarını yanına çağıraraq, onunla mehriban şəkildə maraqlanıb. Hadisə anına aid görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.

İzləyicilər aktrisanın davranışını “nümunəvi və nəzakətli” adlandıraraq, ona çoxlu sayda təşəkkür və dəstək mesajları ünvanlayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.