“omrum.az” UNIAN-a istinadən xəbər verir ki, toplantıda Ukraynanın raket proqramı müzakirə olunub və qarşıya Ukrayna ballistikasının yaradılmasını maksimum sürətləndirmək vəzifəsi qoyulub.
“Qərargahın toplantısını keçirdim. Briqadalarımızın təminatı, bölmələrin komplektləşdirilməsi haqqında məruzələr oldu. Həmçinin, Ukraynanın raket proqramı, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Vəzifəmiz Ukrayna ballistikasının yaradılmasını maksimum sürətləndirməkdir. Bizim uzaq mənzilli atəş imkanlarımız Ukrayna üçün dəqiq və effektiv təhlükəsizlik zəmanətidir”, - Ukrayna lideri deyib.
Zelenski həmçinin hərbi aviasiyanın inkişafı ilə bağlı da müşavirə keçirdiyini bildirib.
“İlk növbədə Ukrayna F-16-ları ilə bağlı məsələlər müzakirə olundu. Söhbət artıq Ukraynada olan, yaxın zamanda gətiriləcək təyyarələrdən, həmçinin uzunmüddətli tədarüklərdən gedir. Hərbi aviasiya idarəetməsinin daha güclü olması üçün kadrlarla bağlı həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda qərarlar qəbul edildi. İndi görürük ki, çox yaxşı nəticələr var və mən hərbi aviasiyamızın inkişafı üçün səy göstərən hər kəsə təşəkkür etmək istəyirəm”, - Zelenski bildirib.