Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.17.2025 | 15:05 | Baxılıb: 1008
Banqladeş məhkəməsi ölkənin sabiq Baş naziri Şeyx Hasinanı qiyabi ölüm cəzasına məhkum edib.

“omrum.az” “Reuters”ə istinadən xəbər verir ki, o, 2024-cü ildə baş vermiş kütləvi iğtişaşların yatırılması zamanı insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilinib.  

Araşdırma zamanı prokurorlar məhkəməyə Hasinanın tələbə iğtişaşlarını yatırmaq üçün odlu silahdan istifadəyə şəxsən əmr verməsini sübut edən dəlillər təqdim ediblər.

Xatırladaq ki, Şeyx Hasina 2024-cü ilin avqust ayında baş verən etirazlar fonunda istefa verərək Banqladeşdən qaçmışdı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.