“omrum.az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qarşılaşmadan sonra bir neçə “Kristal Pelas” azarkeşi sosial şəbəkələrdə Din Hendersonun barda içdikləri 1000 funt-sterlinq dəyərində (2300 manat) içkinin pulunu ödədiyini bildiriblər:
“Din Henderson indicə “The Alsopp Arms”a daxil oldu və hamımızın içməsi üçün barda 1000 funt-sterlinq qoydu. Əfsanə! Təşəkkür edirik”.
Qeyd edək ki, ötən gecə “Kristal Pelas” penaltilər seriyasında “Liverpul”u məğlub edərək (2-2, penaltilərdə 3-2) kuboka sahib çıxıb.