Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 20:20 | Baxılıb: 2994
İspaniyanın “Barselona” klubu “Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxin transferi ilə ciddi maraqlanır.

“omrum.az” xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyə hazırlaşır və bu məbləğin danışıqların başlanması üçün kifayət edəcəyinə inanır.

Hansi Flikin komandası müdafiəyə meylli, oyunu sərtləşdirən və səmərəli ötürmələr edən yarımmüdafiəçi axtarır. Qravenberxin isə bu tələblərə tam uyğun olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm futbolçu “Liverpul”un heyətində bütün turnirlər üzrə 12 oyun, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.